SİNİF TAPŞIRIĞI
PIRLS tədqiqatından İnqibyorq Siqurdardottinin “Damdakı güllər” adlı hekayəsini oxuyun. Nazı nənənin yeni mənzilində özünü əvvəlki evindəki kimi hiss etməsi üçün atdığı iki addımı tapın. Əgər... şagirdin cavabı nənə tərəfindən edilən aşağıdakı iki işdən hər hansı birini əhatələyirsə, cavabı düzgün hesab edilir: • Heyvanları ilə bağlı işlər • Damı ilə bağlı işlər
Şagird bu tapşırıq üçün nəyi bilməli və nə etməlidir? Şagirdlər hekayənin əvvəlindən anlamalıdırlar ki, Nazı nənə əvvəlki evi, damında ot və güllər olan köhnə ferması və oradakı heyvanları üçün çox darıxırdı. Hekayənin sonunda isə onlar öyrənirlər ki, Nazı nənə artıq özünü daha xoşbəxt hiss edirdi. Onlar bunu mətndə Nazı nənənin toyuqlarını gətirməsi və damı otla örtməsini təsvir edən hissə ilə əlaqələndirməlidirlər. Onlar başa düşməlidirlər ki, Nazı nənə bunu yeni evini köhnə evinə bənzətmək üçün etdi. Buna görə də artıq ev həsrəti çəkmirdi və onun problemləri həll olunmuşdu.
“Damdakı güllər” hekayəsi yaşlı bir qadın olan Nazı nənə haqqındadır. O demək olar ki, məcburiyyət qarşısında qalaraq fermasından şəhərə köçür. Şəhərdə darıxmağa başlayır və özünü əvvəlki evində olduğu kimi hiss etmək üçün toyuqlar və damdakı güllərlə örtülü ot da daxil olmaqla köhnə fermasını mümkün qədər yeni mənzilinə köçürür. Hekayə Nazı nənənin evinin qarşı tərəfində yaşayan bir oğlan tərəfindən nəql olunur. O, nənənin yeni evində özünü rahat hiss etməsi üçün necə çalışdığını təsvir edir.
63%
Tam bal alan şagirdlərin faizi (beynəlxalq orta göstərici) :
82%
Yarım bal alan şagirdlərin faizi (beynəlxalq orta göstərici):
Cavab şagirdin nənənin yeni mənzilini əvvəlki evinə bənzətməsi üçün gördüyü işləri qismən başa düşdüyünü göstərirsə və yalnız bir işini təsvir edirsə, bu zaman şagird yarım bal alır.
Made with FlippingBook - PDF hosting