Tədris üçün tövsiyələr
Strategiyaların açıq şəkildə tədrisi: Əlaqələr qurmaq Hekayəni necə ümumiləşdirmək və ya yenidən danışmaq lazım olduğunu səsli şəkildə göstərin. Özünüzə belə suallar verin: “Birinci nə baş verdi? Sonra nə oldu? Nənə bunu niyə etdi?” və hadisələri düzgün ardıcıllıqla yazın. Strategiyaların açıq şəkildə tədrisi: Ümumiləşdirmə Mətnin əsas problemi olan nənənin ev üçün darıxması ilə onun düşündüyü müxtəlif həll yolları arasındakı əlaqəni vurğulayın. Bunu açar sözlər və kiçik şəkillərdən ibarət bir sxem üzərində göstərə bilərsiniz. Daha sonra şagirdlərə bu kimi sualları özlərinin verməsini öyrədin. Onlar bu suallara cavab verdikcə hekayəni ümumiləşdirmiş olacaqlar. Dərin qarşılıqlı əlaqə fəaliyyəti Şagirdlər cütlərlə və ya kiçik qruplarla işləyərək abzasları növbə ilə ümumiləşdirirlər. Bir şagird bir abzası ümumiləşdirdikdən sonra, növbəti abzasları digər qrup üzvləri ümumiləşdirirlər. Daha sonra isə onlar verdikləri suallara cavab taparaq xülasəni necə yaxşılaşdırmaq barədə müzakirə aparırlar. Monitorinq və diferensial təlim Ümumiləşdirmədə çətinlik çəkən şagirdlərlə kiçik qruplar şəklində işləyin. Onların mətni daha yaxşı anlamaları üçün sualları zamanla özlərinin verməsinə şərait yaradın. Əgər bəzi şagirdlər hələ də çətinlik yaşayırsa, sual vermə prosesini onlara göstərməyə davam edin. Mətn ilə dərin qarşılıqlı əlaqə “ Ev üçün darıxmaq ” ifadəsini izah edərkən şagirdlərlə kiçik bir söhbət edə bilərsiniz. Məsələn, nənənin duyğularını onların öz yaşantıları ilə əlaqələndirin. Belə suallar verin: “Heç elə olub ki, evə çox getmək istəmisiniz? O anda nələri düşünüb, necə hiss etmisiniz?” Strategiyaların açıq şəkildə tədrisi: Vizuallaşdırma Hekayənin müəyyən hissəsini şagirdlərlə birlikdə səhnələşdirə bilərsiniz. Bu, onların həmin məqamı daha dərindən anlamağına kömək edəcək. Səhnəni canlandırdıqdan sonra belə suallar verin: “Nənə bu anda hansı hissləri yaşayır? Hekayə irəlilədikcə onun duyğularında hansı dəyişikliklər baş verir?” Oxu tədrisinin digər fənlərlə inteqrasiyası Nazı nənənin hekayəsindən kənd və şəhər həyatının fərqlərini araşdırmaq üçün başlanğıc nöqtəsi kimi istifadə etmək olar. Şagirdlərə belə suallar ünvanlayın: Nənə yeni mənzilini öz evi kimi hiss etməsi üçün başqa nə edə bilərdi? Daha sonra şagirdlərdən xahiş edin ki, hekayəni davam etdirərək Nazı nənənin problemi üçün əlavə həll yollarını təsvir edən bir-iki abzas yazsınlar. Mənalı və funksional kontekstdə oxu “ Ev üçün darıxmaq ” mövzusu üzərində daha uzunmüddətli işləmək üçün bu mövzu ilə bağlı müxtəlif növ mətnləri oxuyun. Şagirdlər mətnlərdə qeyd olunan hissləri və həll yollarını müqayisə edə bilərlər.
Made with FlippingBook - PDF hosting