Şagirdlərdə Rəqəmsal Mətnləri Oxuyub-Anlama Bacarığının Formalaşdırılması Rəqəmsal mətnlərə dair oxuyub-anlama bacarıqlarının formalaşdırılması üçün nəzərdə tutulmuş altı əsas prinsip (ePIRLS-dən bir mətn nümunəsi ilə)
Kitab oxumaqla yanaşı, şagirdlər rəqəmsal texnologiyalar və internet vasitəsilə təqdim olunan müxtəlif növ rəqəmsal mətnlərdən də məlumat əldə edirlər. Rəqəmsal mətnləri oxuyub-anlamaq vacib bir bacarıqdır. Bu Teacher Snippet PIRLS 2021 (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatı) məlumatlarından istifadə edir və rəqəmsal mətnləri oxuyub- anlama bacarığının formalaşdırılması üçün əsas prinsipləri real sinif nümunələri vasitəsilə izah edir.
Rəqəmsal mətnlərin xüsusiyyətləri İnternetdəki mətnlərin əksəriyyəti qeyri-xətti və bir-biri ilə əlaqəli hipermətnlərdən ibarət olub, çox vaxt multimedia elementləri ilə zənginləşdirilir. Şəbəkələşmiş hipermətnlərdə sənədin digər hissələrinə və ya digər vebsaytlara istinad edən keçidlər (hiperlinklər) olur. Bu keçidlər çox vaxt aydın bir struktura malik olmur. Xüsusilə zəif lüğət ehtiyatına malik oxucular üçün şəbəkələşmiş hipermətnləri oxumaq çətin ola bilər. Rəqəmsal oxu bacarıqları Rəqəmsal oxu onlayn məlumat axtarmağı, mənbələri və mətnləri dəyərləndirməyi, müxtəlif hipermətnləri oxuyub- anlamağı və bir neçə mətn arasından lazımlı məlumatı vahid zehni modeldə bir araya gətirməyi əhatə edir. Özünütənzimləmə bu bacarıqların inkişafında mühüm rol oynayır. Şagirdlər oxu zamanı izlədikləri yolun fərqində olmalı, məlumatı oxu məqsədlərinə uyğun şəkildə dəyərləndirməli və mətnləri nə dərəcədə başa düşdüklərini izləməlidirlər. Onlar tapşırığa fokuslanmalı və mövzu ilə əlaqəsi olmayan məlumatları nəzərə almamalıdırlar. Nümunə: ePIRLS “Okeanlar” mətni “Okeanlar” informativ bir hipermətn olub, qrafik, animasiya və video materialları əhatə edir. Şagirdlərə elə tapşırıqlar verilir ki, həmin tapşırıqlarda onlar mətnlər və qrafik materiallar arasında keçid etmək və məlumat toplamaq üçün linklərdən və nişanlardan (tablardan) istifadə edirlər. “Okeanlar” mətnində okeanların faydaları izah olunur, okean həyatı və yaşayış mühitləri barədə məlumat verilir və plastik çirklənmə problemi müzakirə edilir.
Rəqəmsal mətnlərin xüsusiyyətləri Rəqəmsal mətnləri oxumaqla kağız üzərindən oxuma arasında oxşarlıqlar olduğundan, oxuyub-anlamanın əsas prinsipləri rəqəmsal mətnlər üçün də eyni şəkildə tətbiq olunur. Lakin rəqəmsal mətnlərin bir çoxu kağız üzərindəki mətnlərin rəqəmsal formata çevrilmiş versiyalarından daha mürəkkəbdir. Rəqəmsal mətnlərin özünəməxsus xüsusiyyətləri olduğundan, onları oxumaq üçün fərqli bacarıqlar tələb olunur.
Şəbəkələşmiş hipermətnə nümunə
Qulaqlıqla musiqiyə qulaq asmağın zərərli təsirləri
Qulaqlıqlar audio məzmunu daha yaxşı və dolğun şəkildə dinləməyimizə, musiqidən zövq almağımıza kömək etsə də, düzgün istifadə olunmadıqda sağlamlığımıza zərər verə bilər. Qulaqlıqlardan istifadə etməyin yarada biləcəyi bəzi mənfi təsirlər bunlardır.
Musiqi
Sevdiyiniz musiqiləri dinləyərək onlayn mağazamızdan pulsuz qulaqlıq əldə edə bilərsiniz!
Eşitmə itkisi
Eşitmə problemi ilə üzləşmisiniz? Eşitmə
cihazına ehtiyacınız varsa, mağazalarımıza yaxınlaşa və mövcud imkanlarla tanış ola bilərsiniz.
Uzun müddət yüksək səslə musiqiyə qulaq asmaq eşitmə qabiliyyətimizə zərər vura bilər. Xüsusilə yüksək səs səviyyəsində istifadə edildikdə qulaqcıqlar qulaqlarımızı təhlükəli səslərə məruz qoya bilər. Bu, zamanla daimi eşitmə itkisinə səbəb ola bilər. Tinnitus – xaricdə səs olmadan qulaqlarda cingiltinin və ya vızıltının eşidilməsi ilə xarakterizə olunan bir haldır. Tinnitusun səbəbləri haqqında araşdırmalar hələ də davam edir.
Tinnitusun səbəbləri Tinnitusun dəqiq səbəbləri tam məlum olmasa da, bu hal çox vaxt uzun müddət yüksək səsə məruz qalmaqla əlaqələndirilir. Buna görə də dinlədiyimiz səs səviyyəsini təhlükəsiz həddə saxlamağımız tövsiyə olunur. Tinnitus, həmçinin qulaqda, beyində və ya çənədə yaranan bir pozuntu ilə bağlı ola bilər. Bundan başqa, stress kimi müxtəlif faktorların yan təsiri kimi də ortaya çıxa bilər.
Oxuyub-anlama bacarığının tədrisi prin- siplərinə ümumi baxış üçün IEA Research for Educators seriyasının 1-ci cildinə baxın.
ePIRLS “Okeanlar” mətni
Dünya Okeanlarının faydaları
Okean həyatı və yaşayış mühitləri
15. “Hətta Marian çökəkliyinin ən dərin yerində belə plastik torba tapılıb.”
Okean həyatı və yaşayış mühitləri
Mərcan rifləri
Marian çökəkliyi
Ana səhifə
Bu cümlə okeanda plastikin hər yerdə mövcud olması fikrini necə dəstəkləyir?
Marian çökəkliyi Yer kürəsinin okeanlarında ən dərin yerdir. O, Yer kürəsindəki ən hündür dağın hündürlüyündən belə daha dərindədir. Əgər Everest dağının ətəyi Marian çökəkliyinin ən dərin yerində yerləşsəydi, o tamamilə su altında qalardı. Daha dərinlərə endikcə yuxarıdakı suyun təzyiqi bir o qədər də çox hiss olunur. Oradakı suyun təzyiqi o qədər güclüdür ki, sanki üzərinizdə 3500 fil dayanıb .
Everest dağı 8848 metr hündürlük
Şagird
Nümunə sualın düzgün cavabı D variantıdır. Bu suala düzgün cavab vermək üçün şagirdlər Marian çökəkliyi haqqında əvvəl başqa bir veb səhifədə oxuduqları məlumatı, cari səhifədə okeandakı plastik tullantılarla bağlı qeyd olunan məlumatla inteqrasiya etməlidir. Okeanda üzən plastik butulkalardan ibarət bir yığın var. Plastik torbalar vəhşi təbiət üçün ciddi təhlükədir. Okeandakı tullantıların üçdə birindən çoxu plastikdir. Plastik torbalar bu qədər ucqar bir yerə qədər çatıb.
Marian çökəkliyi 10 994 metr dərinlik
Dünya Okeanlarının faydaları
Okean həyatı və yaşayış mühitləri
Okeandakı plastik
tullantılar
Ana səhifə
Okeandakı plastik tullantılar
Biz nə edə bilərik?
Plastik çox faydalıdır, lakin istehsal etdiyimiz plastikin yarısı cəmi bir dəfə istifadə olunur. Onun böyük hissəsi tullantıya çevrilir və nəticədə okeanlara qarışırlar. Okeandakı plastik miqdarı o qədər artıb ki, Sakit Okeanda suyun üzərində nəhəng ‘Böyük Zibil Sahəsi’ adlanan bir ada əmələ gəlib; əsasən plastik butulkalardan və tullantılardan ibarətdir. Hətta Marian çökəkliyinin ən dərin yerində belə plastik torba tapılıb. Gözlə görünən zibillərlə yanaşı, görünməyən çoxlu zibillər də mövcuddur. Plastik uzun müddət okeanda qaldıqda, günəş işığı və dalğalar onu xırda hissələrə parçalayır. Balıqlar və digər heyvanlar zəhərli plastik hissəcikləri yeyir. Daha sonra insanlar da çox vaxt həmin zəhərlənmiş balıqlarla qidalanırlar.
Okeanlar mətnindən nümunələr əsasında rəqəmsal mətnlərin tədrisi üçün altı əsas didaktik prinsip Aşağıdakı didaktik prinsiplər tədqiqatlara əsaslanır və kağız üzərində təqdim olunan mətnləri oxuyub-anlama qaydalarını nəzərə alaraq rəqəmsal oxu üçün zəruri olan xüsusi bacarıqlara yönəlir. Sinifdə əvvəlcə bir və ya iki prinsipi tətbiq etmək olar, sonra müəllimlər tədricən qalan prinsipləri də işlədə bilərlər. 1. Şagirdlərin lüğət ehtiyatını genişləndirin və əvvəlki biliklərini aktivləşdirin
2. Rəqəmsal mətnlərin xüsusiyyətlərini tədrisə daxil edin Rəqəmsal mətnlərin necə qurulduğunu və hansı şəkildə təşkil olunduğunu araşdırın. Şagirdlərin hipermətnin “gizli quruluşunu” görməsinə şərait yaradın və onlara məlumatın müxtəlif hissələrini əlaqələndirib vahid məna yaratmağı öyrədin. Veb səhifələri əvvəlcədən seçərkən diqqət edin ki, içindəki videolar, şəkillər və digər vizual elementlər mətnin məzmununa uyğun olsun və diqqəti yayındırmasın. Nümunə: Mətn daxilindəki müxtəlif səhifə və açılan pəncərələri ümumi sxem şəklində göstərərək “Okeanlar” mətninin strukturunu vizuallaşdırın. Ümumi sxemi elə tərtib edin ki, səhifələrin bir-biri ilə necə əlaqəli olduğu, hansı növ mənbələr olduğu və şagirdlərin oradan hansı məlumatları əldə edə biləcəyi aydın görünsün .
Şagirdlərin mətni daha yaxşı anlaması üçün əvvəlcə onların mövzu ilə bağlı söz ehtiyatı və bilik bazası gücləndirilməlidir. Vacib sözlər açıq şəkildə izah edilməli, nümunələrlə göstərilməli və sözlərin istifadəsinə şərait yaradılmalıdır. Yeni sözlər bir-biri ilə əlaqəli şəkildə öyrədilməlidir. Şagirdlər yeni bilikləri əvvəlki bilikləri ilə əlaqələndirdikdə, onların beynində anlayış şəbəkəsi yaranır. Mətndən hər bir yeni məlumatı bu konseptual şəbəkə ilə əlaqələndirmək olur . Nümunə: “Okeanlar” mətnində “çirklənmə” və “yaşayış mühiti” kimi açar sözlər yer alır. Müəllimlər videolardan və ya şəkillərdən istifadə edərək bu sözlərin mənasını izah edə bilərlər. Şagirdlər çirklənmənin heyvanlar və bitkilərin yaşayış mühitinə necə təsir etdiyini müzakirə etməklə və bu mövzu haqqında daha çox oxumaqla bu sözləri mənalı kontekstdə necə istifadə etməyi öyrənirlər.
Şagirdlər Marian çökəkliyi ilə bağlı məlumatı unudanda müəllimlər hazırladıqları sxemdən istifadə edərək onlara
əvvəlki səhifələrə qayıdıb lazımi məlumatı tapmağı göstərə bilərlər.
oraya sığa bilər. İndi bu iki mətndən nə öyrəndik? Marian çökəkliyi okeanlarımızın ən dərin yeridir — və hətta orada belə plastik torba tapılıb!” 4. Bir neçə mənbədən ibarət mətnlər üzrə oxu prosesinə dəstək Mətndəki ayrı-ayrı məlumatlar arasında düzgün əlaqə qura bilməsi üçün şagirdlərin mövzunu daha dərindən anlamalarına dəstək olun. Şagirdlərin oxuduqlarından çıxardıqları nəticələri əvvəlki bilikləri ilə əlaqələndirməsinə şərait yaradın. Yönləndirici araşdırma sualı şagirdlərə hər mətndən əsas məlumatları seçməyə, mətnlər arasındakı ziddiyyətləri və əlaqələri görməyə, eləcə də ayrı-ayrı məlumatları birləşdirməyə kömək edə bilər. Nümunə: Müəllimlər “Okeanlar” mətnini oxumazdan əvvəl şagirdlərə yönləndirici araşdırma sualını tərtib etməkdə kömək edə bilərlər. “Okeanlar niyə vacibdir?”, “Okeanlarda həyat necə görünür?”, “Okeanlar hansı təhlükələrlə qarşı-qarşıyadır?”. Veb-sayt üzrə keçidlərə klikləyərək mətni oxuyarkən, şagirdlərdən bu müxtəlif səhifələrdəki məlumatların araşdırma suallarına necə cavab verdiyini soruşun və məlumatların bir-biri ilə necə əlaqəli olduğunu müzakirə edin. “Bu məlumatlar bir-birini tamamlayır, yoxsa ziddiyyət təşkil edir?”, “Oxuduğumuz məlumatları necə əlaqələndirsək, sualımıza cavab tapa bilərik?”. 5. Şagirdlərdə özünütənzimləmə bacarıqları formalaşdırın Şagirdlərə tez-tez oxu məqsədlərini xatırlatmaq, tapşırığı kiçik mərhələlərə bölən bir plan qurmaq və oxu zamanı özünü yoxlama suallarından necə istifadə etməyi nümunə ilə göstərmək lazımdır. Tapşırıq üzərində birlikdə düşünün, nəticələri dəyərləndirin və növbəti öyrənmə mərhələsi üçün yeni məqsədlər müəyyənləşdirin. Nümunə: “Okeanlar” mətnindəki videolar, animasiyalar və digər vizual elementlər bəzən şagirdlərin diqqətini mətndən və tapşırıqların əsas məqsədindən yayındıra bilər. Müəllimin oxu zamanı şagirdlərə oxu məqsədini mütəmadi xatırlatması, şagirdlərin diqqətinin əsas məqsəddə qalması və lazımsız detallarla fikirlərini yayındırmaması üçün faydalıdır. Şagirdlər hipermedia keçidlərinə və ya reklamlara klikləməyə çalışdıqda, onlardan soruşun: “Bu keçidin ardınca necə bir mətn görəcəyinizi düşünürsünüz?” Şagirdlərin klikləmək istədiyi məlumat doğrudanmı tapşırıqla bağlıdır, yoxsa sadəcə diqqəti yayındırır? 6. Rəqəmsal oxu bacarıqlarını yalnız bir fəndə deyil, bütün fənlər üzrə müntəzəm şəkildə tətbiq edin Şagirdlərə əvvəlcə qısa və aydın qurulmuş rəqəmsal mətnlər təqdim edin. Tədricən mətnlərin həcmini və mürəkkəbliyini artırın. Rəqəmsal oxunu tarix və ya təbiət (və ya həyat bilgisi) fənlərinin tədrisinə asanlıqla inteqrasiya etmək olar. Şagirdlər dərslikdəki məlumatı genişləndirmək üçün internetdə əlavə mənbələr axtara və ya müəyyən bir mövzu üzrə öz kiçik onlayn tədqiqatlarını apara bilərlər. Nümunə: Müəllimlər “ Okeanlar ” mətnini məktəbdə dünya okeanları haqqında genişmiqyaslı layihəyə daxil edə bilər. Bu layihədə coğrafiya və biologiya kimi fənləri rəqəmsal oxu, yazı və danışıq bacarıqları ilə birləşdirərək fənlərarası bir yanaşma yaradıla bilər. Mətnlərin məzmununu birlikdə müzakirə edin və şagirdlərə öyrəndiklərini müxtəlif tapşırıqlar vasitəsilə tətbiq etməyə fürsət yaradın.
3. Rəqəmsal oxu strategiyalarını modelləşdirin Rəqəmsal mətnləri oxuyarkən sualları ucadan səsləndirməklə sinifdə rəqəmsal oxu strategiyalarını modelləşdirin.
Nümunə suallar:
Mənbələrin
araşdırılması,
etibarlı
mənbələrin
müəyyənləşdirilməsi və ən uyğununun seçilməsi • Bu mənbədə, adətən, hansı növ mətnlər olur? • Bu mətnin müəllifini müəyyən etmək mümkündürmü? Vebsaytdakı keçid etibarlı görünürmü? • Bu cür informasiya mənim sualıma cavab vermək üçün uyğundurmu? Bir neçə veb səhifədəki məlumatları birləşdirərək ümumi məna formalaşdırmaq • Bu mətnlər hansı mövzudadır? • Bu mətnlərdən indiyədək nə öyrənmişəm? • Bu mətn əvvəllər oxuduğum mətnlərlə necə əlaqəlidir? Özünü izləmə / Özünənəzarət • Bu məlumatı hələ də oxu məqsədimə uyğun hesab edirəmmi? • Mətn daxilində öncə hansı keçidə klikləməliyəm? • Oxuduğumu tam anlayırammı? Məlumatların dəyərləndirilməsi • Mətnin haradan götürüldüyünə baxaraq, onu necə düzgün şəkildə dəyərləndirə bilərəm? • Bir-birinə zidd olan bu mətnlərin xüsusiyyətlərini nəzərdən keçirməklə, hansına daha çox etibar edə bilərəm? • Hansı vacib məlumatlar hələ də çatışmır?
Nümunə: Plastik tullantılar mövzusunda oxunu təşkil edərkən müəllimlər səsli düşünə və şagirdlərin əvvəl oxuduqları Marian çökəkliyi mətni ilə əlaqə qura bilərlər: “ Hətta Marian çökəkliyinin ən dərin yerində belə plastik torba tapılıb. ” “Maraqlıdır, biz bundan əvvəl bu mövzu haqqında oxumuşduq. Gəlin baxaq, əvvəlki səhifədə Marian çökəkliyi haqqında nə deyilirdi? Geri qayıdaq. Orada yazılmışdı ki, Marian çökəkliyi o qədər dərindir ki, hətta Everest dağı
Əlavə məlumat ePIRLS imtahanı rəqəmsal mühitdə məlumat axtarmaq və onu oxuyub-anlamaq bacarıqlarını ölçür. Tapşırıqlar adətən şagirdlərin təbiət və sosial fənlərdə iştirak etdikləri layihələrə bənzəyir. Oxu bacarığı ilə bağlı imtahana əlavə olaraq, şagirdlər oxu vərdişləri və oxuya münasibətləri barədə sualları cavablandırdıqları bir sorğunu doldururlar. Teacher Snippet seriyasının bu sənədi Dutch Center for Language Education (Expertisecentrum Nederlands) və IEA-nın birgə əməkdaşlığı nəticəsində hazırlanmışdır. Sənəd Marian Bruggink, Nicole Swart, Annelies van der Lee və Eliane Segers tərəfindən yazılmış Teaching Reading Comprehension in a Digital World kitabına əsaslanır. Bu materialda IEA tərəfindən ingiliscə nəşr olunmuş sənəd Azərbaycan dilinə adaptasiya edilib. Adaptasiya Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən hazırlanmışdır. Teacher Snippet seriyasının bu sənədi Azərbaycanda istifadə edilməsi üçün ARTİ -nin əməkdaşları Aygün Qurbanlı və Röyal Mahmudov tərəfindən uyğunlaşdırılmışdır.
Marian Bruggink, Nicole Swart Annelies van der Lee Eliane Segers
Məzmunun müəllifləri:
Dutch Center for Language Education (Expertisecentrum Nederlands)
Jasmin Schiffer (IEA) Jane Mack (IEA)
Dizayner:
© 2025 Stichting IEA Secretariaat Nederland
Tədqiqatı araşdırın
1. Bruggink və dig. (2022) 2. Blom və dig. (2018)
Əlavə resurslar:
Blom və dig. (2018) Britt and Rouet (2012)
Bruggink və dig. (2022) Bruggink və dig. (2025)
Kuiper və dig. (2005) Salmerón və dig. (2018)
Page 1 Page 2 Page 3 Page 4Made with FlippingBook - Online magazine maker